ABŞ-da yük maşınında ölən miqrantların sayı 53 nəfərə çatıb

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində yük maşınında ölən miqrantların sayı 53 nəfərə çatıb.

1850018
ABŞ-da yük maşınında ölən miqrantların sayı 53 nəfərə çatıb

Daha əvvəl sürücünün tərk etdiyi yük maşınında 46 nəfərin meyitinin tapıldığı açıqlandı. Ancaq maşında halsız vəziyyətdə olan 16 nəfər xəstəxanalara aparılıb. Onlardan daha 10-u xəstəxanada ölüb. Beləcə  həyatını itirənlərin sayı 53 nəfərə  çatıb.

Yük maşınında aşkarlananların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları bildirilir.

 



Әlaqәli Xәbәrlәr