BMT: ‘‘Myanmada davam edən humanitar böhran uşaqlara ziyan vurur’’

Uşaqların dövlət çevrilişinə qarşı keçirilәn  etiraz aksiyalarında iştirak etdikləri üçün saxlanıldığı və mayın 27-dәk 274 uşağın hələ də nәzarәtdә olduğu bildirilib.

1849901
BMT: ‘‘Myanmada davam edən humanitar böhran uşaqlara ziyan vurur’’

Myanmada davam edən humanitar böhran uşaqlara ziyan vurur.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi tərəfindən verilәn  yazılı açıqlamada  2021-ci ilin fevral ayında hәyata keçirilmiş  çevrilişdən sonra tərəflər arasında baş verən qarşıdurmalarda  azı 382 uşağın öldüyü vә ya yaralandığı, hәmçinin 1400-dən çox uşağın hərbi idarə tərəfindən saxlanıldığı bildirilib.

Uşaqların dövlət çevrilişinə qarşı keçirilәn  etiraz aksiyalarında iştirak etdikləri üçün saxlanıldığı və mayın 27-dәk 274 uşağın hələ də nәzarәtdә olduğu bildirilib.

Çevrilişdən sonra Myanma ordusu tərəfindən uşaq qaçırma hallarının artdığı qeyd olunub.

İndiyədək hərbi təcridxanalarda 61 uşaq girovun olduğu bildirilir.

Çevrilişdən sonra hərbi idarəyə qarşı olan  silahlı qrupların uşaqları silahlandırmağa başladığı, təlim zamanı bəzi uşaqların öldüyü və ya ağır yaralandığı vurğulanıb.

Çevrilişdən sonra 700 min məcburi köçkündən 250 mininin uşaq olduğu vurğulanıb.

Tərəflər arasında yaşanan qarşıdurmalar sәbәbindәn 7,8 milyon uşağın mәktәbә gedә bilmәdiyi qeyd olunub.

Hərbi çevriliş nəticəsində səhiyyə sisteminin ciddi şəkildə pozulduğu, bu il 33 minə yaxın uşağın rutin peyvəndlәri olunmadıqları üçün həyatını itirmək təhlükəsi ilə üzləşdiyi diqqətə çatdırılıb.

Mәlumatda bildirilib ki,  1,3 milyon uşağın humanitar yardıma ehtiyacı var.

Myanmarlı uşaqların ölkədəki münaqişələrin və humanitar böhranın yükünü daşımaqda davam etdiyi vurğulanıb və beynəlxalq ictimaiyyətə uşaqların gələcəyinin xilas edilmәsi ilә әlaqәdar çağırış edilib.



Әlaqәli Xәbәrlәr