Cənubi Afrikada gecə klubunda faciə

Cənubi Afrikanın Şərqi Keyp əyalətində gecə klubunda naməlum səbəbdən 22 nəfər həyatını itirib.

1848470
Cənubi Afrikada gecə klubunda faciə

Şərqi Keyp əyalətinin polis idarəsi bu barədə məlumat yayılıb. Bildirilib ki, Enyobeni adlı gecə klubunda 17 nəfərin cəsədi tapılıb. çoxlu sayda insan xəstəxanada yerləşdirilib. Ancaq xəstəxanaya yerləşdirilənlərdən daha 5-i həyatını itirib. Beləcə ölü sayı 22-yə artıb.

Polisin açıqlamasında 13-17 yaş arasında olan qurbanların ölüm səbəblərinin hələ də bəlli olmadığı, məsələ ilə əlaqəli genişmiqyası istintaq başladıldığı bildirilib.

Səlahiyyətlilərə görə qurbanlar qazdan zəhərlənərək ölmüş ola bilərlər.

Prezident Cyril Ramaphosa da sosial media hesabından paylaşdığı açıqlamada: “Şərqi London şəhərində əyləncə məkanında həyatını itirən 22 gəncin ailələrinə dərin hüznlə başsağlığı verirəm”.



Әlaqәli Xәbәrlәr