C.Bayden bu qanunu “son 30 ildə bu sahədə qəbul olunmuş əhəmiyyətli sənəd” adlandırdı

ABŞ prezidenti Co Bayden konqres tərəfindən təsdiqlənmiş odlu silahlar üzərində nəzarətin gücləndirilməsi haqqında qanunu imzalayıb

1848157
C.Bayden bu qanunu “son 30 ildə bu sahədə qəbul olunmuş əhəmiyyətli sənəd” adlandırdı

 

  ABŞ prezidenti Co Bayden konqres tərəfindən təsdiqlənmiş odlu silahlar üzərində nəzarətin gücləndirilməsi haqqında qanunu imzalayıb.

  Ağ Evdə keçirilən imzalanma mərasimindəki çıxışında ABŞ prezidenti qanunu “son 30 ildə bu sahədə qəbul olunmuş əhəmiyyətli sənəd” adlandırıb.

  Qanun cəmiyyət üçün təhlükə yaradan adamlardan silahları müvəqqəti olaraq geri almaq üçün ştatlara qrantlar ayrılmasını nəzərdə tutur. Bundan əlavə, cinayət törətdiklərinə görə məhkum olunmuş adamların azı 5 il ərzində odlu silah alması qadağan edilir. Qanun həmçinin tələb edir ki, FTB ştatların hakimiyyəti və yerli hüquq- mühafizə orqanları ilə əlaqə saxlayaraq 21 yaşdan aşağı alıcıların şəxsi məlumatlarını və onların keçmişini daha ciddi şəkildə yoxlasın. Nəhayət, sənəddə nəzərdə tutulur ki, odlu silahın satılması qadağan olunmuş adamların adından alınması federal cinayət sayılacaq.

  Qanunda odlu silah satışı məntəqələri üçün qeydiyyat tələblərinə aydınlıq gətirilir, təhsil müəssisələrinin təhlükəsizliyinə və psixi xəstəliklərin müalicəsinə təxminən 15 milyard dollara yaxın vəsait ayrılmasına icazə verilir.

  ABŞ-da silah satışını və gəzdirilməsini məhdudlaşdırmağın zəruriliyi ilə bağlı debatların yeni dalğasına mayın 24-də Texasda baş vermiş faciə səbəb olub: San-Antonio yaxınlığındakı Yuvalde şəhərində ibtidai məktəbə hücum nəticəsində 21 nəfər, o cümlədən 19 uşaq qətlə yetirilib.



Әlaqәli Xәbәrlәr