İqor Konaşenkov: ‘‘Rusiya qüvvәlәri Ukraynaya mәxsus iki ‘‘Su-25’’ qırıcısını vurdu’’

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Xarkov və Mikolayev vilayətlərində iki Su-25 qırıcısının vurulduğunu bildirib.

1847997

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Rusiya hərbi bölmәlәrinin 5 günlük hücumu nəticəsində Luqansk vilayətinin Ray-Aleksandrovka, Ustinovka, Novoivanovka, Nikolayevka, Nrkovo, Vrubovka, Şerbkaryer, Mirnaya Dolina, Podlesnoye, Loskutovka qəsəbələrinin әlә keçirildiyini qeyd edən İqor Konaşenkov  Ukrayna hәrbçilәrinin Qorskoye vә Zolotoye yaşayış mәntәgәsindә mühasirәyә alındığını deyib.

İqor Konaşenkov Ukrayna ordusunun digər bölgələrdə də ciddi itkilər verdiyinə diqqət çəkib.

Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynanın Xarkov və Mikolayev vilayətlərində iki  Su-25 qırıcısını vurduğunu bildirәn İqor Konaşenkov Luqansk və Xarkov bölgələrində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatının vurulduğunu qeyd edib.

Әlaqәli Xәbәrlәr