Mişel Aun yeni hökuməti qurmaq vəzifəsini Mikatiyə tapşırıb

Mayın 15-də keçirilən ümumi seçkilərdən sonra Livan Prezidenti Mişel Aun yeni hökuməti qurmaq tapşırığını hazırkı Baş nazir Nəcib Mikatiyə verib.

1847578

Prezident Aun Baabda Sarayında yeni kabineti formalaşdıracaq adı müəyyən etmək üçün Parlamentdəki siyasi qruplarla keçirdiyi məsləhətləşmə görüşlərini tamamlayıb.

Danışıqlardan sonra Prezident Aparatından verilən yazılı açıqlamada Mikatinin yeni hökuməti qurmaqla vəzifələndirilmək üçün Baabda Sarayına çağırıldığı bildirilib.

Xatırladaq ki, 2005-2011-ci illərdə və sentyabr ayından bu yana Livanda baş nazir vəzifəsini icra edən Mikati Baabda Prezident sarayında keçirilən danışıqlara qatılan 127 üzvdən 54-nün səsini alıb.

Әlaqәli Xәbәrlәr