Fransa: Rusiya diplomatımızı persona non qrata elan edib”

Fransa Moskva Səfirliyindəki Mədəniyyət Attaşesinin Rusiya tərəfindən persona non qrata elan edildiyini təsdiqləyib.

1847691
Fransa: Rusiya diplomatımızı persona non qrata elan edib”

Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Fransanın Moskvadakı səfirinə, səfirlikdə çalışan Mədəniyyət Attaşesinin persona non qrata elan edildiyi rəsmi olaraq bildirilib.

Nazirliyin açıqlamasında diplomatın persona non qrata elan edilməsinə dair legitim səbəb göstərilmədiyinə diqqət çəkilib və qərarın təəssüflə qarşılandığı vurğulanıb.

Fransa mətbuatında əks edən məlumata görə Rusiya tərəfindən akkreditasiyası yenilənməyən diplomat iyulun 17-dək ölkəndən çıxmalı olacaq.

Rusiya isə diplomatı, fəaliyyəti dayandırmış bir fond və ölkədə fəaliyyəti qadağan olunmuş media orqanına maliyyə yardımı təmin etməkdə ittiham edib.



Әlaqәli Xәbәrlәr