Əfqanıstanda zəlzələdən zərər çəkmiş rayon və kəndlərə ilk humanitar yardım çatdırılıb

Əfqanıstanda zəlzələdən zərər çəkmiş Paktika əyalətinin Giyan və Barmel rayon və kəndlərinə ilk humanitar yardım çatdırılmağa başlayıb.

1847837
Əfqanıstanda zəlzələdən zərər çəkmiş rayon və kəndlərə ilk humanitar yardım çatdırılıb

Əfqanıstanda zəlzələdən zərər çəkmiş Paktika əyalətinin Giyan və Barmel rayon və kəndlərinə ilk humanitar yardım çatdırılmağa başlayıb.

Avtomobil yolu ilə çatmaq çox çətin olduğundan humanitar yardım əvvəlcə paytaxt Kabilə və ətraf əyalətlərə, oradan isə helikopterlerlə zəlzələ bölgələrinə göndərilir.

Zəlzələ ilə əlaqədar müxtəlif ölkələrdən Əfqanıstana göndərilən humanitar yardımı daşıyan helikopterlər gün ərzində Giyan rayon mərkəzinə enib.

BMT tərkibindəki agentliklər və müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) ən çox ehtiyac duyulan ərzaq, ədyal və tibbi ləvazimatları zəlzələ bölgəsinə çatdırılıb.

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti 500 ailəyə ərzaq yardımı edərkən, İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfi də 500 nəfərə isti yemək paylayıb.

Taliban hökumətinin səhiyyə nazirinin müavini Kalender İbad mühacirlər və geri qayıdışlar üzrə nazirinin müavini Halilurrahman Hakkani, daxili işlər nazirinin müavini Sıraceddin Hakkani və müxtəlif yüksək səviyyəli rəhbərlər bölgəyə səfər edərək yardımların artırılacağını bildiriblər.

Beynəlxalq QHT-lərin dəstəyi ilə Taliban hökumətinin Səhiyyə Nazirliyi zəlzələ bölgəsində müayinəyə başlayıb.

Bundan əlavə, Əfqanıstanda zəlzələdən zərər çəkənlərə yardım kampaniyası başladılıb.

Zəlzələdən sağ çıxanların çoxu evlərindəki ərzaqların da dağıntılar altında qaldığını, təcili olaraq ərzaq və çadırlara ehtiyac duyduqlarını bildiriblər.

Paktika Qubernatorluğu axtarış-xilasetmə işlərinin başa çatdığını və dağıntıların təmizlənməyə başlanıldığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr