Şri-Lankada  qıtlıq səbəbi  ilə maraqlı tədbirlər həyata keçirilir

Şri-Lanka hökuməti dövlət işçiləri üçün cümə günlərini qeyri-iş günü elan edib.

1843642
Şri-Lankada  qıtlıq səbəbi  ilə maraqlı tədbirlər həyata keçirilir

Qərar ölkənin ərzaq problemini həll etməyə və ərzaq çatışmazlığı ilə mübarizə aparmağa kömək etmək üçün qəbul edilib.

Belə ki, məmurlar əlavə istirahət günündən öz bağlarında ərzaq məhsulları yetişdirmək üçün istifadə edəcək.

Eyni zamanda, Şri-Lanka hökuməti 1948-ci ildə müstəqillik əldə edildikdən sonra ən pis iqtisadi böhran yaşayan ölkədə çətin həyat şəraitini nəzərə alaraq xaricdə iş tapmaq istəyən məmurlara öz vəsaitləri hesabına beş illik məzuniyyətə getməyə icazə verib.

Bundan əvvəl Şri-Lankanın Kənd Təsərrüfatı Naziri Mahinda Amaravira həmvətənlərinə yaxın gələcəkdə baş verə biləcək aclıqdan xilas olmaq üçün bütün boş sahələrdə ərzaq məhsulları əkməyi tövsiyə edib.

Şri-Lankada baş verən iqtisadi böhran bilavasitə ada dövlətinin kənd təsərrüfatına təsir göstərib. Bu mineral gübrələrin, pestisidlərin və herbisidlərin istifadəsindən tamamilə imtina edilməsini nəzərdə tutan yanlış aqrar siyasətin nəticəsində olub. Kənd təsərrüfatında belə bir kurs 2019-cu ildə ölkə prezidenti Qotabaya Rajapaksa tərəfindən mineral gübrələrin idxalına sərf edilən illik 500 milyon dollar qənaət naminə elan edilib. Nəticədə Şri-Lanka ciddi ərzaq çatışmazlığı ilə üzləşdi.

 

 



Әlaqәli Xәbәrlәr