“Üçüncü dünya müharibəsi artıq elan olunub”, Fransisk

“La Stampa” qəzetində yazılana görə...

1843273
“Üçüncü dünya müharibəsi artıq elan olunub”, Fransisk

 

  Roma papası Fransisk hesab edir ki, üçüncü dünya müharibəsi artıq elan olunub.

  “La Stampa” qəzetində yazılana görə, Roma papası bu sözləri İsa Cəmiyyətinə məxsus Avropa jurnallarının rəhbərləri ilə söhbətində səsləndirib.

  “Bir neçə il əvvəl bizim üçüncü dünya müharibəsini hissə-hissə yaşadığımızı düşünürdüm. Bu gün isə üçüncü dünya müharibəsinin elan olunduğu fikrindəyəm. Biz bu barədə düşünməliyik. Bir əsr ərzində üç dünya müharibəsi ilə üzləşən bəşəriyyətdə nələr baş verir? Bu, insanlıq üçün fəlakətdir”, - deyə Roma papası bildirib.

  Roma Katolik Kilsəsinin rəhbəri Ukrayna ilə yanaşı, digər ölkələrdə də müharibələrin davam etdiyini xatırladaraq deyıb: “Müharibələrin hələ də davam etdiyi, lakin heç kimin marağında olmayan Afrikanın bəzi regionlarını, Nigeriyanın şimalını, Şimali Konqonu, Myanmanı və 25 il öncəki Ruandanı düşünün. Dünya müharibə vəziyyətindədir”.



Әlaqәli Xәbәrlәr