İngiltərə Ukraynaya uzaqmənzilli raketlər göndərəcək

İngiltərə Rusiya apreldən bəri ilk dəfə Kiyevi (Ukraynanın paytaxtı) vurduqdan sonra Ukraynaya uzaqmənzilli raket sistemləri göndərəcək.

1838166
İngiltərə Ukraynaya uzaqmənzilli raketlər göndərəcək

İngiltərə Rusiya apreldən bəri ilk dəfə Kiyevi (Ukraynanın paytaxtı) vurduqdan sonra Ukraynaya uzaqmənzilli raket sistemləri göndərəcək.

Müdafiə naziri Ben Uolles bəyan edib ki, İngiltərə Ukraynadan daha geniş mənzilli dəqiq idarə olunan raketlər və onları buraxmaq üçün "M270" çoxlu fırlatma raket sistemləri göndərəcək.

İngiltərənin mübarizəsində Ukraynanın yanında olduğunu və qəhrəman qoşunlara öz ölkələrini haqsız işğallara qarşı müdafiə etmək üçün lazım olan mühüm silahları təmin etdiyini qeyd edən Uolles “Rusiyanın taktikası dəyişdikcə, bizim Ukraynaya dəstəyimiz də dəyişməlidir” deyib.

İngiltərəli nazir bəyan edib ki, çoxsaylı fırlatma raket sistemləri Rusiya qüvvələrinin şəhərləri dağıtmaq üçün ayrı-seçkilik etmədən istifadə etdiyi uzaqmənzilli artilleriyadan vəhşicəsinə istifadəsindən Ukraynanı daha yaxşı qorumağa imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ oxşar sistemlər göndərəcəyini, Rusiya prezidenti Vladimir Putin isə Ukraynada yeni hədəfləri vuracaqlarını açıqlamışdı. Bu açıqlamadan az sonra Rusiya apreldən bəri ilk dəfə iyunun 5-də Ukraynanın paytaxtı Kiyevə zərbə endirib.

Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb və güclü müqavimətdən sonra Kiyevdən geri çəkilən Rusiya qüvvələri Donbas bölgəsini diqqətdə saxlamışdı.



Әlaqәli Xәbәrlәr