Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

1832297
Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
ukrayna-buca.jpg

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 29 450  hərbçisi öldürülüb.

Məlumatda Rusiyanın son 24 saatda 100 hərbçisinin öldürüldüyü vurğulanıb.

Bundan başqa, Rusiyanın 206 təyyarə, 170 helikopter, 1305 tank, 3213 zirehli döyüş maşını, 606 artilleriya qurğusu, 93 hava hücumundan müdafiə sistemi, 201 reaktiv yaylım atəş sistemi, 2218 avtomobil texnikası, 13 gәmisi, 76 yanacaq çәni vә 491 pilotsuz uçuş aparatı məhv edilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.

Ukraynanın müxtәlif şәhәrlәrindәki qarşıdurmalar zamanı hәyatını itirәn rus hәrbçilәrinin meyitlәri paytaxt Kiyevә aparılır.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr