Şimali Koreya Yapon dənizinə 3 ballistik raket atıb

Bildirilir ki, Raketlər Pxenyan yaxınlığındakı Sunan ərazisindən atılıb.

1832042
Şimali Koreya Yapon dənizinə 3 ballistik raket atıb

NHK telekanalının müdafiə idarəsindəki mənbələrə istinadla verdiyi məlumata görə, KXDR tərəfindən buraxıldığı iddia edilən üç ballistik raketdən ikisi Yaponiyanın Yapon dənizindəki iqtisadi zonasından kənara düşüb.

Üçüncü raketin düşdüyü ərazi ilə bağlı hələ məlumat daxil olmayıb. Yaponiya Müdafiə Nazirliyi həyata keçirilən sınaqlarla bağlı məlumat toplamaqda davam edir.

Yaponiya Sahil Mühafizəsi bölgədəki balıqçı qayıqlarını xəbərdar edərək, ehtiyat tədbirləri görmələrini və raket qalıqları aşkar edilərsə onlardan uzaq olmalarını tövsiyə edib.

Məlumata görə ilk raket təxminən 550 kilometr yüksəklikdə 300 kilometr, 50 kilometr yüksəkliyə çatan ikinci raket isə təxminən 750 kilometr məsafə qət edib.



Әlaqәli Xәbәrlәr