İsveç və Finlandiya nümayəndə heyətləri Türkiyədə danışıqlar aparacaq

İsveç və Finlandiya nümayəndə heyətləri NATO-ya üzvlük müraciətlərinə dair danışıqlar aparmaq üzrə sabah Türkiyədə səfərdə olacaqlar.

1831711
İsveç və Finlandiya nümayəndə heyətləri Türkiyədə danışıqlar aparacaq

TRT xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Bildirib ki, İsveçin Baş Nazirlik Ofisinin dövlət katibi Oscar Stenström və Finlandiya Xarici İşlər Nazirliyinin müşaviri Jukka Salovaara başda olmaqla İsveç və Finlandiya nümayəndə heyətləri sabah paytaxt Ankaraya yola düşəcəklər.

Stenström və Salovaaranın rəhbərliyindəki nümayəndə heyətləri Türkiyəyə səfər çərçivəsində prezidentin sözçüsü səfir İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq edəcəkləri nümayəndə heyəti ilə bir araya gələcək. İclasda İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətinə dair danışıqlar aparılacaq.



Әlaqәli Xәbәrlәr