Somalidə yeni prezident vəzifəyə başladı

Mayın 15-də keçirilən seçkilərdə qalib gələrək Somalidə ikinci dəfə prezident seçilən Həsən Şeyx Mahmud rəsmən vəzifəsinin icrasına başlayıb.

1830962
Somalidə yeni prezident vəzifəyə başladı

Paytaxt Moqadişoda Prezident sarayında təşkil edilən mərasimlə yeni vəzifəsinin icrasına başlayan Şeyx Mahmud növbəti seçkilərin keçiriləcəyi 2026-cı ilə dək ölkəni idarə edəcək.

Seçkilərin 3-cü turunda 214 deputatın səsini toplayan Şeyx Mahmud, əvvəlki prezident Məhəmməd Abdulla Fermakunu təxminən 100 səslə qabaqlayıb.



Әlaqәli Xәbәrlәr