Maqdalena Andersson ölkəsinin Türkiyə ilə əməkdaşlığı artırmaq istədiyini bildirdi

İsveçin Baş naziri Maqdalena Andersson ölkəsinin NATO daxilində Türkiyə ilə əməkdaşlığı artırmaq istədiyini bəyan edib.

1828508

Maqdalena Andersson rəsmi danışıqlar aparmaq üçün İsveçin paytaxtı Stokholma gedən Finlandiya prezidenti Sauli Niinistö ilə görüşüb. Daha sonra iki lider mətbuat konfransı keçirib.

Türkiyə ilə NATO üçün danışıqlara əhəmiyyət verdiklərini ifadə edən Andersson "İsveçin NATO çərçivəsində Türkiyə ilə əməkdaşlığını artırmasını istəyirik. İsveç də NATO və Avropa İttifaqı (Aİ) kimi terrorun hər növü ilə mübarizənin arxasındadır. Mövcud sual işarələrini müzakirə və həll etməyə, Türkiyə ilə dialoqa hazırıq" deyib.

Türkiyəyə də səfər etməyə hazır olduqlarını ifadə edən Andersson bu gün İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün ortaq müraciət edəcəyini də sövzlərinə əlavə edib.

Finlandiya prezidenti Sauli Niinistö də Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı çıxmasına təəccübləndiyini bildirərək, rəsmi Ankara ilə danışıqlara hazır olduqlarını vurğulayıb.

Әlaqәli Xәbәrlәr