Cənubi Koreyada Mavi Ev ictimaiyyətə açıldı

Cənubi Koreyada prezidentin rəsmi iqamətgahı olan Mavi Ev 74 il sonra yenidən ictimaiyyətə açıldı.

1828801
Cənubi Koreyada Mavi Ev ictimaiyyətə açıldı

Cənubi Koreyanın Yeni prezidenti Yoon Suk-yeol-un ilk işlərindən biri Mavi Evdəki prezident ofislərini köçürmək və buranı ictimaiyyətə açmaq olub.

Məlumata görə sarayı gündə təxminən 39 min insan ziyarət edir.

Qeyd edək ki, Yoon Suk-un seçki öhdəliklərindən biri Mavi Evi ictimaiyyətə açmaq idi.

Yoon Suk ABŞ-dakı Ağ Evə bənzər bir saray inşa etməyi planlaşdırdıqlarını bildirib.

 



Әlaqәli Xәbәrlәr