Beynəlxalq neft şirkətləri Venesueladakı fəaliyyətlərini yenidən bərpa edirlər

ABŞ və Avropa neft şirkətləri Venesueladakı fəaliyyətlərinə yenidən başlamaq qərarına gəliblər.

1828579
Beynəlxalq neft şirkətləri Venesueladakı fəaliyyətlərini yenidən bərpa edirlər

TRT xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes sosial media hesabında məlumat yayıb.

“Venesuella hökuməti Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropa və ABŞ neft şirkətlərinə danışıqlar aparmaq və Venesuelada fəaliyyətlərini bərpa etmək icazəsi verdiyi barədə xəbərləri təsdiqləyib”.

Ökələrinə qarşı sanksiyaların tamamilə aradan qaldırılması üçün mübarizəni davam etdirəcəklərini ifadə edən Delsi Rodriqes:  “Dünya bilir ki, Venesuela öz səyləri ilə iqtisadiyyatın bərpası istiqamətində ilk addımları atıb və qeyri-qanuni sanksiyaları və qeyri-insani blokadanı ilk gündən bəri pisləyib. Xalqımız bizim son işlərimizi və nailiyyətlərimizi qürurla izləyir. Venesuela demokratik dəyərlərə sadiq ölkədir. Dialoqun təşviqinə dair lazımlı addımları atmaqda davam edəcəyik.



Әlaqәli Xәbәrlәr