Renault qrupunun Rusiyadakı aktivləri dövlət mülkiyyətinə keçdi

Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəsmi Telegram kanalında bu baredə məlumat yayılıb.

1827448
Renault qrupunun Rusiyadakı aktivləri dövlət mülkiyyətinə keçdi

TRT Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəsmi Telegram kanalında verilən məlumata istinadən xəbər verir ki, "Renault Russia" şirkətinin səhmləri Moskva şəhərinə, "Renault"un "Avtovaz"dakı payı isə Avtomobil üzrə Mərkəzi Tədqiqat  İnstitutuna (NAMİ) verilib.

Aktivlər aşağıdakı kimi bölüşdürüləcək: "Renault Russia" QSC-nin səhmlərinin 100%-i Moskva şəhərinə məxsus olacaq. Avtovaz avtokonserninin səhmlərinin 67,69%-i NAMI tərəfindən təmsil olunan Rusiya Federasiyasının mülkiyyətinə keçəcək.

Eyni zamanda, “Avtovaz” zavodlarında “Lada” avtomobillərini istehsal etməyə davam edəcək. İstehsalçı həmçinin Rusiya bazarında Renault avtomobillərinə texniki xidmət göstərəcək.

 



Әlaqәli Xәbәrlәr