İsveçin NATO-ya üzv olmaq barədə rəsmi qərarı

İsveçdə Sosial Demokrat Partiyası rəhbərliyinin keçirdiyi toplantıda NATO-ya üzvlük üçün müraciət edilməsi qərara alınıb.

1827216
İsveçin NATO-ya üzv olmaq barədə rəsmi qərarı

İsveçdə hakimiyyətdə olan Sosial Demokrat Partiyası rəhbərliyinin keçirdiyi toplantıda NATO-ya üzvlük üçün müraciət edilməsi qərara alınıb.

"Partiyanın mayın 15-də keçirilən iclasının qərarına əsasən, NATO-ya üzvlük üçün müraciəti dəstəkləyirik", - partiyanın bəyanatında deyilir. 

İsveçin Baş naziri Maqdalena Andersson bunun ölkəsinin təhlükəsizliyi üçün ən yaxşı qərar olduğunu bildirib. 

İsveçin xarici işlər naziri Ann Linde "Twitter"da etdiyi paylaşımda partiyasının qərarını “tarixi” adlandırıb.
Linde "Bu gün İsveç Sosial Demokrat Partiyası NATO-nun müdafiə alyansına üzvlük müraciətinə "hə" deyərək tarixi qərar qəbul etdi. Rusiyanın Ukraynaya müdaxiləsi (24 fevral) İsveç və bütövlükdə Avropa üçün təhlükəsizlik vəziyyətini pisləşdirdi" deyib.

Qərarın İsveç parlamentində müzakirəsindən sonra İsveç və Finlandiyanın birlikdə ən geci çərşənbə (18 may) gününə qədər NATO-ya üzvlük üçün birgə müraciət edəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr