16 maydan Avstriyaya səyahət edənlər üçün 3G qaydası ləğv edilir

Avstriya Səhiyyə Nazirliyinin sərəncamında bu qərar hazırkı epidemioloji vəziyyətlə əlaqələndirilib və bildirilib ki...

1826980
16 maydan Avstriyaya səyahət edənlər üçün 3G qaydası ləğv edilir

 

  Mayın 16-dan etibarən Avstriyaya səyahət edənlər üçün koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan 3G qaydası (peyvənd sertifikatı, sağalmaya dair arayış və ya PZR testi) ləğv edilir. Bu qərarla da dünyanın istənilən ölkəsindən Avstriyaya səfər edənlər heç bir öhdəlik olmadan ölkəyə daxil ola biləcəklər.

  Avstriya Səhiyyə Nazirliyinin sərəncamında bu qərar hazırkı epidemioloji vəziyyətlə əlaqələndirilib. Nazirlikdən bildirilib ki, virus variantları regionlarının əks olunduğu siyahı qüvvədə saxlansa da, hazırda həmin siyahıda heç bir ölkə və ya regionun adı yoxdur. Əgər haradasa virus variantları yenidən meydana gələrsə, o zaman həmin ölkə üzrə test, qeydiyyat və ya karantin öhdəliyinə dair məlumatları bu siyahı əsasında əldə etmək mümkün olacaq.



Әlaqәli Xәbәrlәr