İsrail ‘‘Odlu Maşınlar’’ tәliminә start verib

İsrailin baş naziri Naftali Bennet ölkəsinin müharibə istəmədiyini, lakin istənilən ssenariyə hazır olduğunu bildirib.

1825169
İsrail ‘‘Odlu Maşınlar’’ tәliminә start verib

 

İsrailin baş naziri Naftali Bennet ölkəsinin müharibə istəmədiyini, lakin istənilən ssenariyə hazır olduğunu bildirib.

İsrail Nazirlәr Kabinetinin mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə, Naftali Bennet müdafiə naziri Benni Qantz ilə birlikdə İsrail ordusunun başlatdığı və bir ay davam edəcək "Odlu  Maşınlar" adlı hərbi təlimi izlәyib.

Hәrbi rəsmilərindən təlimlə bağlı məlumat alan İsrail baş naziri Naftali Bennet deyib:"İsrail ordusunun ən uzunmüddətli təlimlərindәn biri olan "Odlu Maşınlar’’ tәlimi davam edir. Biz müharibә tәrәfdarı deyilik, lakin hər növ ssenariyə hazırıq. Düşmən bilir ki, hücum edәrlәrsә onlara lazımi cavabı verәcәyik’’.

Qeyd edәk ki, İsrail ordusu dünən ‘‘Odlu Maşınlar’’ tәliminә start verib. Hәrbi tәlimin bir ay davam edәcәyi bildirilir.



Әlaqәli Xәbәrlәr