“Mən Putinlə görüşmək istəyirəm, amma hələ cavab yoxdur”, Papa Fransisk

Roma Papası Fransisk İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibəsində Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günündə - fevralın 24-də Rusiyanın Vatikan səfirinin yanına getdiyini xatırladaraq deyib...

1821725
“Mən Putinlə görüşmək istəyirəm, amma hələ cavab yoxdur”, Papa Fransisk

 

  Katoliklərin ruhani başçısı Papa Fransisk (Franciscus) Ukrayna-Rusiya müharibəsini dayandırmaq üçün paytaxt Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini söyləyib.

  Roma Papası Fransisk İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibəsində Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günündə - fevralın 24-də Rusiyanın Vatikan səfirinin yanına getdiyini xatırladaraq deyib: “Mən səfirliyə gedib bütün dünya görsün deyə mövqe sərgiləmək istədim. Səfirdən bu vəziyyətin izahını xahiş etdim və dedim ki, lütvən, dayanın. Sonra -  müharibənin 20-ci günündə kardinal Parolinlə Rusiyaya xəbər göndərdim və bildirdim ki, Moskvaya getməyə hazıram. Əlbəttə ki, Rusiya prezidenti Vladimir Putin bunu qəbul etməliydi. Biz hələ də cavab almamışıq. Hal-hazırda Putinin bu görüşün olmasını istəmədiyindən qorxsam da, yenə israr edirəm. Bu qədər dəhşətə axı, necə son qoymaq olar? 25 il əvvəl eyni halla Ruanda da qarşılaşdıq.

  Hələ Kiyevə getmirəm. Əvvəlcə Moskvaya getməliyəm, Putinlə görüşməliyəm. Hiss edirəm ki, getməliyəm. Mən din adamıyam, başqa nə edə bilərəm? Putin qapını açsa, əlimdən gələni edəcəyəm.

  Aprelin 21-də Macarıstanın baş naziri Viktor Orbanla görüşdüyüm zaman o, mənə “Rusiyanın hər şeyi 9 mayda bitirmək planının olduğunu” söylədi. Amma Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 1-də İtaliya televiziyasına müsahibəsində "Rusiya 9 May - Nasizmə qarşı Qələbə Gününə qədər Ukraynada xüsusi əməliyyatın tamamlanmasını sürətləndirmək niyyətində deyil. Əsgərlərimiz süni şəkildə öz hərəkətlərini konkret tarixə uyğunlaşdırmayacaqlar” dedi. Bu isə müharibənin mayın 9-da da bitməyəcəyi deməkdir”.



Әlaqәli Xәbәrlәr