BƏƏ-nin vəliəhd şahzadəsi Pakistanın baş nazirini qəbul edib

BƏƏ-nin rəsmi agentliyi olan “WAM”ın xəbərinə görə...

1821060
BƏƏ-nin vəliəhd şahzadəsi Pakistanın baş nazirini qəbul edib

 

  Bildirilib ki, Birləşmiş Ərəb Əmirliyinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed əl-Nəhyan Pakistanın baş naziri Şahbaz Şərifi qəbul edib.

  BƏƏ-nin rəsmi agentliyi olan “WAM”ın xəbərinə görə, vəliəhd şahzadə ibn Zayed paytaxt Əbu-Dabidəki Əl-Şati sarayında Pakistanın baş naziri Şəriflə görüşüb.

  Söhbət zamanı iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlərlə yanaşı, qədimdən gələn əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub.

  Vəliəhd şahzadə BƏƏ-nin regionda sülh və sabitlik istiqamətində atılan hər bir addımı dəstəklədiyini bildirib. Şahbaz Şərif də BƏƏ-nin Pakistanın müxtəlif sahələrdə inkişafına verdiyi böyük dəstəyi qiymətləndirib.

  Xatırladaq ki, Pakistanın baş naziri aprelin 11-də vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfərini aprelin 28-də Səudiyyə Ərəbistanına edib.

  Qeyd edək ki, Pakistan parlamentində aprelin 10-da keçirilən etimad səsverməsi nəticəsində 174 nəfərin əleyhinə səs toplaması ilə İmran Xan hökuməti iflasa uğrayıb. Aprelin 11-də isə keçirilən seçkidə ölkədə 3 müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə baş nazir seçilib.



Әlaqәli Xәbәrlәr