Şri Lankaya Dünya Bankından yardım

Şri Lanka, əsas idxal ehtiyaclarını qarşılamaq üçün Dünya Bankından 600 milyon dollar yardım alacağını bildirib.

1819086
Şri Lankaya Dünya Bankından yardım

TRT-nin Əl-Cəzirə telekanalına istinad etdiyi xəbərə görə, Şri-Lanka Prezident Administrasiyası yanında Media xidmətindən yardım mövzusunda açıqlama yayılıb. Bildirilib ki, Dünya Bankı hazırkı iqtisadi böhranla mübarizə üçün 600 milyon dollar maliyyə yardımı ayırmağı qəbul edib. Sözügedən yardımın 400 milyon dollarının qısa müddətdə veeriləcəyi ifadə edilən açıqlamada həmçinin qeyd edilib ki, Dünya Bankı ölkədəki iqtisadi böhrandan çıxmaq üçün yardımlarını davam etdirək. Bununla yanaşı Şri-Lankanın maliyyə naziri Əli Sabri də Asiya İnkişaf Bankından kömək tələb edəcək.

Xatırladaq ki, iqtisadi böhranın məngənəsində olan Şri-Lanka aprelin 12-də defolt olduğunu açıqladı. Cənubi Asiyada 21 milyon əhaliyə sahib ada ölkəsi Şri-Lanka 1948-ci ildən bəri ilk dəfə bu qədər ağır iqtisadi böhrana qarşı mübarizə aparır.



Әlaqәli Xәbәrlәr