Ekvadorda Ebola epidemiyası elan edildi

Ölkənin səhiyyə naziri Jan-Jak Mbunqani (Jean-Jacques Mbungani) verdiyi açıqlamada sözügedən mövzu ilə bağlı bildirib...

1817052
Ekvadorda Ebola epidemiyası elan edildi

 

  Konqo Demokratik Respublikasının Ekvador əyalətində Ebola epidemiyası elan edildi.

  Ölkənin səhiyyə naziri Jan-Jak Mbunqani (Jean-Jacques Mbungani) verdiyi açıqlamada sözügedən mövzu ilə bağlı bildirib: “Ekvador əyalətinin paytaxtı Mbandaka şəhərində vəfat edən 31 yaşlı kişidə Ebola virusu aşkarlanıb. Onlarla təmasda olmuş 74 nəfər karantinə alınıb. Bütün bunlara görə Ekvador əyalətində Ebola epidemiyası elan edilib”.

  Qeyd edək ki, bir növ hemorragik qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda ortaya çıxıb.

  Epidemiya Ebola çayı yaxınlığındakı kənddə başladığı üçün xəstəlik buranın adını daşıyır.

  Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılıb, 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə 30 min adama bulaşıb və bu xəstələrdən 11 mindən çoxu dünyasını dəyişib.



Әlaqәli Xәbәrlәr