Bolqarıstana daxil olarkən peyvənd sertifikatı göstərmək öhdəliyi aradan qaldırılıb

Bolqarıstan Səhiyyə Nazirliyindən  bu  barədə  məlumat  yayılıb.  Bildirilib  ki,  bu gündən etibarən Türkiyədən ölkəyə daxil olanlara tətbiq edilən Covid-19 peyvəndi sertifikatı göstərmək məcburiyyətinə son qoyulub.

1811659
Bolqarıstana daxil olarkən peyvənd sertifikatı göstərmək öhdəliyi aradan qaldırılıb

Səhiyyə naziri Asena Serbezova açıqlamasında bu gündən(13 Aprel) etibarən Türkiyədən əlavə Şimali Makedoniya, Rumıniya, Serbiya, Macarıstan, Çexiya, Slovakiya, İsrail və Misirdən gələnlərdən  Covid-19 peyvəndi sertifikatı  tələb    etməyəcəklərini  bildirib. Onun   sözlərinə   görə  qəbul  edilən   qərar  çərçivəsində NATO ölkələrindən Bolqarıstanda müxtəlif beynəlxalq araşdırmalara qatılacaq şəxslər Covid-19 peyvəndi sertifikatı göstərməli olmayacaq.

Xatırladaq ki Bolqarıstanda daha əvvəl elan edilən Covid-19 ilə bağlı “Fövqəladə Epidemiya Vəziyyəti” aprelin 1-dən etibarən ləğv edilib.



Әlaqәli Xәbәrlәr