Burkina Fasoda fövqәladә vәziyyәt rejimi elan edilәcәk

Burkina Fasoda terrorla mübarizə çərçivəsində ölkә miqyasında  fövqəladə vəziyyət rejimi elan ediləcək.

1811094
Burkina Fasoda fövqәladә vәziyyәt rejimi elan edilәcәk

Burkina Fasoda terrorla mübarizə çərçivəsində ölkә miqyasında  fövqəladə vəziyyət rejimi elan ediləcək.

Ədliyyə naziri Bartelemi Kere mətbuata açıqlamasında yanvarın 24-dә hәyata keçirilәn hərbi çevrilişindən sonra tәxirә salınan fövqəladə vəziyyət rejiminin ölkə daxilində bərpa ediləcəyini açıqlayıb.

Kere qeyd edib ki, fövqəladə vəziyyətin tətbiqi üçün yeni fərman veriləcək və bu, terrorla daha effektiv mübarizə aparmağa imkan verəcək.

Malidəki Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində vaxtaşırı hücumlar həyata keçirir.

Hökumətin məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər törәdilәn hücumlarda 600-ü təhlükəsizlik xidməti əməkdaşı olmaqla 2000 nəfər həlak olub.

Hücumlar səbəbindən 3 min 683 məktəb fәaliyyәtini dayandırıb, 1 milyon 814 min 283 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr