Avstriya kansleri: "Putin İstanbulda başlayan sülh danışıqlarına hələ də inanır"

Avstriya kansleri Karl Nehammer Rusiyanın paytaxtı Moskvada Putinlə görüşdən sonra Avstriya mətbuatına açıqlama verib.

1810745
Avstriya kansleri: "Putin İstanbulda başlayan sülh danışıqlarına hələ də inanır"

“Rusiya prezidenti Vladimir Putin İstanbulda (Ukrayna ilə) başlayan sülh danışıqlarına hələ də inandığını və bu məsələ ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini söylədi".

Bunu Avstriya kansleri Karl Nehammer Rusiyanın paytaxtı Moskvada Putinlə görüşdən sonra Avstriya mətbuatına açıqlamasında deyib.

Ümumilikdə Vladimir Putinlə görüşün çox da yaxşı keçmədiyini qeyd edən Nehammer bu təşəbbüsün dialoqun və təmasların davam etdirilməsi üçün vacib olduğunu bildirib.

Kral Nehammer deyib ki, Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə təkbətək görüş təklifinə reaksiya vermədi.

Putinin ölkəsi ilə Ukrayna arasında İstanbulda (29 martda) başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu qeyd edən Nehammer "İstanbul danışıqlarına hələ də güvənir. Bu mövzuda prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək" deyib.

Karl Nehammer fevralın 24-də müharibə başlayandan bəri Vladimir Putinlə görüşən ilk Avropa hökumət başçısı olub.



Әlaqәli Xәbәrlәr