Karl Nehammer Moskvaya səfərindən əvvəl Ərdoğana da məlumat verib

Avstriya kansleri Karl Nehammer Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

1810184
Karl Nehammer Moskvaya səfərindən əvvəl Ərdoğana da məlumat verib

Avstriya kansleri Karl Nehammer Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Nehammer Rusiya səfəri barədə prezident Rəcəb Tayyib Ərdoğana məlumat verdiyini bildirib.

Karl Nehammer Ukrayna prezidenti Vladimir Zelenski ilə dünənki (10 aprel) görüşü və bu gün Rusiyaya səfəri ilə bağlı "Twitter" səhifəsində paylaşım edib.

Putinlə görüş keçirmək üçün Moskvaya gedəcəyini açıqlayan  Nehammer ölkəsinin neytral ölkə olduğunu, lakin Rusiyanın başlatdığı müharibəyə qarşı Ukrayna ilə “açıq bir mövqedə olduqlarını” bildirib.

Nehammer "Müharibə dayandırılmalıdır. Humanitar dəhliz yaratmaq, müharibə cinayətlərinə işıq salmaq üçün atəşkəs lazımdır" ifadəsini işlədib.

Moskva səfəri ilə bağlı Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin məlumatlandırıldığını bildirən Nehammer görüş barədə prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Zelenskiyə də məlumat verildiyini qeyd edib. 

Qeyd edək ki, Nehammer fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Putinlə üzbəüz görüşən ilk Avropa hökumət başçısı olacaq.



Әlaqәli Xәbәrlәr