Polşa ABŞ-dan 250 ədəd "Abrams" tankı alacaq

Polşa ABŞ ilə "M1A2 Abrams" əsas döyüş tankı üçün müqavilə imzalayıb.

1808006
Polşa ABŞ-dan 250 ədəd "Abrams" tankı alacaq

Polşa ABŞ ilə "M1A2 Abrams" əsas döyüş tankı üçün müqavilə imzalayıb.

Bu barәdә Polşa müdafiә naziri Mariusz Blaşçak mәlumat verib.

Mәlumata görә, sözügedən razılaşma ilə Polşa ABŞ-dan 250 ədəd tank alacaq. Müqavilәni Polşanın müdafiə naziri Mariuş Blaşçak vә Amerika Birlәşmiş Ştatlarının Polşadakı sәfiri Mark Brzezinski imzalayıblar.

İmza mәrasimindә çıxış edәn Polşa müdafiә naziri deyib: ‘‘Bu gün  Polşa-ABŞ әmәkdaşlığı üçün çox әhәmiyyәtli gündür’’.

Polşanın müdafiə naziri Mariuş Blaşçak qərarın ölkəsinin təhlükəsizliyi üçün çox əhəmiyyətli olduğunu və müdafiə qabiliyyətini gücləndirəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr