Şri-Lankada sosial media platformaları bağlanıb

Ölkənin əksər bölgələrində internet istifadəçiləri gecə yarısından etibarən “Youtube”, “Twitter”, “Facebook”, “WhatsApp” və bir sıra sosial media saytlarına daxil ola bilmirlər

1806309
Şri-Lankada sosial media platformaları bağlanıb

 

  İqtisadi böhran səbəbindən hökumət əleyhinə etirazlara səhnə olan Şri-Lankada mümkün nümayişlərin qarşısını almaq üçün sosial media platformaları bağlanıb.

  Ölkənin əksər bölgələrində internet istifadəçiləri gecə yarısından etibarən “Youtube”, “Twitter”, “Facebook”, “WhatsApp” və bir sıra sosial media saytlarına daxil ola bilmirlər.

  Komendant saatının tətbiq olunduğu ölkədə dəyişiklik edilmədiyi təqdirdə qadağanın 4 iyun yerli vaxtla saat 06:00-da sona çatacağı gözlənilir.

  İqtisadi böhrana etiraz edən nümayişçilər 13 saat davam edən elektrik kəsilməsindən sonra martın 31-də prezident Qotabaya Rajapaksanın (Gotabaya Rajapaksa) iqamətgahı yaxınlığında toplaşmağa başlayıb.

  Polis şüarlar səsləndirən və Rajapaksanı istefaya çağıran nümayişçilərə qarşı gözyaşardıcı qazla müdaxilə edib.

  Nümayişçilərlə polis arasında baş verən qarşıdurmada 24 polis əməkdaşı və çox sayda mülki şəxs yaralanıb, 54 nəfər saxlanılıb.

  Hökumət əleyhinə etirazların qarşısını almaq üçün əvvəlcə paytaxt Kolombo, sonra isə Qərb əyalətində komendant saatı tətbiq edilib.

  Xatırladaq ki, Şri-Lanka prezidenti Qotabaya Rajapaksa tərəfindən nümayişləri "terror aktları" və nümayişçiləri “ekstremist qüvvələr” adlandıraraq aprelin 1-də fövqəladə vəziyyət elan olunub.



Әlaqәli Xәbәrlәr