Əfqanıstanda narkotik bitkilərin əkilməsi, istifadəsi və satışı qadağan edildi

Taliban administrasiyası bəyan edib ki...

1806210
Əfqanıstanda narkotik bitkilərin əkilməsi, istifadəsi və satışı qadağan edildi

 

  Əfqanıstanda Taliban müvəqqəti hökuməti bütün ölkə ərazisində xaşxaş becərilməsini tamamilə qadağan etdi.

  Taliban administrasiyası bəyan edib ki, Taliban hökumətinin başçısı molla Hibetullah Axundzadənin qərarı ilə bütün ölkədə spirtli içkilər, heroin, narkotik həblər, sərxoşedici maddələrin istifadəsi, ticarəti və hər cür narkotik istehsal edən fabriklərin fəaliyyəti qadağan olunub. Bu qərarı pozan mühakimə ediləcək və cəzalandırılacaq.

  Qərara əsasən, bütün ölkə ərazisində xaşxaş əkini aparılmayacaq.

  Talibandan əvvəlki Əşrəf Qani hökuməti dövründə spirtli içkilərin istifadəsi rəsmən qadağan edilsə də, bütün ölkədə gizli şəkildə satılırdı.

  Taliban hakimiyyətindən sonra – 2021-ci ilin avqustundan beynəlxalq yardımların dayandırılması ilə dərinləşən iqtisadi böhran yüksək gəlirli sektor olduğu üçün adamları bu sahədə işləməyə məcbur edir. Fermerlər bildirirlər ki, iş yerinin olmaması, quraqlıq və ərzaq təminatında problemlər səbəbindən çoxu bu sahəyə üz tutub.

  Qeyd edək ki, Əfqanıstan qeyri-qanuni narkotik maddələrin əldə edildiyi, xaşxaş, çətənə kimi bitkilərin ən çox istehsal və ixrac olunduğu ölkələrdən biri idi.



Әlaqәli Xәbәrlәr