Almaniya “Şimal axını-2”ni dayandırdı

İrlandiyanın baş naziri Maykl (Michael) Martinlə görüşdən əvvəl təşkil edilən birgə mətbuat konfransında Rusiyanın separatçı qondarma Donetsk və Luqansk xalq respublikalarını tanıma qərarını tənqid edən O.Şolz deyib...

1783049
Almaniya “Şimal axını-2”ni dayandırdı

 

  Almaniya kansleri Olaf Şolz (Olaf Scholz) Rusiya qazını Almaniyaya daşıyacaq “Şimal axını-2” təbii qaz kəmərinin sertifikatlaşdırma prosesinin dayandırılması barədə göstəriş verdi.

  İrlandiyanın baş naziri Maykl (Michael) Martinlə görüşdən əvvəl təşkil edilən birgə mətbuat konfransında Rusiyanın separatçı qondarma Donetsk və Luqansk xalq respublikalarını tanıma qərarını tənqid edən O.Şolz deyib: "Bu, beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Rusiya prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini də pozur. Belə hərəkətlər nəticəsiz qalmamalıdır.

  Mən Almaniyanın enerji bazarı tənzimləyicisinə Rusiya-Almaniya "Şimal axını-2" qaz kəmərinin təsdiqlənməsi prosesini sonrakı qiymətləndirməyə qədər dayandırmağı tapşırdım. Sözügedən qərarı İqtisadiyyat naziri Robert Habek (Habeck) ilə də müzakirə etdik.

  Fransa və Almaniya olaraq Ukrayna böhranı ilə bağlı Normandiya formatını davam etdirmək istəyirik. Görüş təkliflərinə açığıq.

  Regionda vəziyyət ciddidir. Rusiya hələ də bütün Ukraynanı işğal etmək üçün sərhəddə kifayət qədər əsgər toplayıb və bundan sonra nə olacağını heç kim bilmir.

  Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın təxribatına gəlmədiyi üçün böyük hörmətə layiqdir.”



Әlaqәli Xәbәrlәr