Birlәşmiş Millәtlәr Tәşkilatı Myanma ilә bağlı bәyanat verib
Myanma təhlükəsizlik qüvvələrinin keçən ilin fevral ayında hәyata keçirilәn çevrilişindən sonra azı 114 uşağı öldürdüyü bildirilir.
Myanma təhlükəsizlik qüvvələrinin keçən ilin fevral ayında hәyata keçirilәn çevrilişindən sonra azı 114 uşağı öldürdüyü bildirilir.
Birləşmiş Millətlər Təşkilatının sözçüsü Fərhan Haq deyib: “2021-ci ilin fevral ayının 1-də hәyata keçirilmiş çevrilişdən sonra azı 18-i yanvar ayında olmaqla 3-17 yaş arası azı 114 uşaq təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb’’.
Xəsarət alan uşaqların sayının daha çox olduğunu bildirən Haq tәhlükәsizlik qüvvәlәrinә Myanmanın 2019-cu ildə imzaladığı BMT-nin Uşaq Hüquqları Konvensiyası çәrçivәsindә götürdüyü öhdәliklәri xatırladıb.
Xatırladaq ki, fevralın 1-də Myanma ordusu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa yüksәk vәzifәli şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirmişdi vә ölkәdә fövqәladә vәziyyәt rejimi elan etmişdi.
Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı. Myanma ordusunun nümayişçilәrә sәrt müdaxilәsi nәticәsindә 902 nәfәr hәyatını itirib.
Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP) isә ordunun sәrt müdaxilәsi nәticәsindә 1400 aksiyaçının öldüyünü, 10 minә yaxın aksiyaçının da saxlanıldığını bildirib.
Qeyd edәk ki, ölkәdә etiraz aksiyaları davam edir.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.