Yens Stoltenberq: ‘‘NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək’’

Yens Stoltenberq NATO-nun Şәrqi Avropadakı qoşunlarının sayını artırmağa hazır olduğunu, hәmçinin Rusiyanın Belarusa qoşun vә silah göndәrmәsini yaxından izlәdiklәrini bildirib.

1770019
Yens Stoltenberq: ‘‘NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək’’

NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək. 

Bu barәdә NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Yens Stoltenberq NATO-nun Şәrqi Avropadakı qoşunlarının sayını artırmağa hazır olduğunu, hәmçinin Rusiyanın Belarusa qoşun vә silah göndәrmәsini yaxından izlәdiklәrini bildirib. Rusiyanın Belarusa minlәrlә hәrbçi vә hәrbi texnika göndәrdiyini bildirәn Yens Stoltenberq diplomatik hәllә üstünlük verdiklәrini, ancaq kiber hücum, sabotaj vә Ukraynanın işğal edilmәsi daxil olmaqla әn pis ssenariyә hazır olduqlarını deyib.

‘‘NATO Ukraynaya öz silahlı qüvvәlәrini yerlәşdirmәyәcәk’’,-deyә Yens Stoltenberq vurğulayıb.

Rusiyanın Ukraynaya mümkün hücumunun ciddi sanksiyalarla nәticәlәnәcәyi ilә bağlı xəbərdarlığını təkrarlayan Yens Stoltenberq rәsmi  Moskvanın planları ilə bağlı heç bir mәlumatının olmadığını qeyd edib.



Әlaqәli Xәbәrlәr