Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәnlә bağlı xәbәrdarlıq edib

Birlәşmiş Millәtlәr Tәşkilatının Yәmәn üzrә xüsusi nümayәndәsi Hans Qrundberq bu ölkәdә artan gәrginliyin humanitar böhranı güclәndirdiyi ilә bağlı xәbәrdarlıq edib.

1768319
Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәnlә bağlı xәbәrdarlıq edib

Birlәşmiş Millәtlәr Tәşkilatının Yәmәn üzrә xüsusi nümayәndәsi Hans Qrundberq bu ölkәdә artan gәrginliyin humanitar böhranı güclәndirdiyi ilә bağlı xәbәrdarlıq edib.

Hans Qrundberq deyib: ‘‘Yәmәndәki vәziyyәtә görә narahatıq.Ölkәdәki vәziyyәt mülki әhaliyә mәnfi tәsir göstәrir’’.

Yanvar ayında hücumlar nәticәsindә çox sayda mülki vәtәndaşın hәlak olduğunu vurğulayan Mirlәşmiş Millәtlәr Tәşkilatının rәsmisi bildirib ki, ölkәdәki gәrginlik humanitar böhranın güclәnmәsinә sәbәb olur vә yardımla bağlı sәylәri çәtinlәşdirir, hәmçinin regional tәhlükәsizliyә tәhlükә yaradır.

Birlәşmiş Millәtlәr Tәşkilatının Yәmәn üzrә xüsusi nümayәndәsi qeyd edib ki, BMT ölkәdәki gәrginliyi azaldacaq  vә böhranın aradan qaldırılmasına imkan verәcәk әhatәli siyasi dialoqun aparılması üçün  bütün tәrәflәrlә danışıqlarını davam etdirir.

Qeyd edәk ki, Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn  İran tәrәfindәn dәstәklәnәn husilәrin nәzarәtindәdir. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri 2015-ci ilin mart ayından etibarәn husilәrlә mübarizә mәsәlәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Ölkәdә davam edәn qarşıdurmalar nәticәsindә indiyәdәk 377 min adam hәyatını itirib.



Әlaqәli Xәbәrlәr