Nigeriyada minlərlə girov xilas edildi

Nigeriyanın Zamfara əyalətində 4 ay  ərzində silahlı dəstələr tərəfindən girov götürülən 2 min 155 nəfər uğurlu əməliyyat nəticəsində xilas edilib.

1767340
Nigeriyada minlərlə girov xilas edildi

Zamfara ştatının Dövlət İnformasiya rəsmisi Alhaji İbrahim Dosara  bu barədə  açıqlama verib. Bildirib ki, 2021-ci ilin oktyabrından 2022-ci ilin yanvarına qədər əyalətdə silahlı dəstələrə qarşı müxtəlif əməliyyatlar  həyata keçirilərək aralarında uşaqlar və tələbələr də  olan 2155 girov xilas edilib. Əməliyyatlar zamanı çox sayda silahlı dəstə üzvü zərərsizləşdirilib. 2000-dən çox silahlı dəstə üzvü isə  saxlanılıb. Sığınacaqları dağıdılan dəstələrə məxsus xeyli silah-sursat ələ keçirilib.

Qeyd edək ki, əyalət 5 ildir heyvandarlıqla məşğul olan fulanilərlə, əkinçiliklə məşğul olan bəzi tayfalar arasında şiddətli qarşıdurmalara səhnə olur. Yanvarın 4-5-də Zamfaranın Anka və Bukküyum bölgələrində həyata keçirilən silahlı hücumlarda 200-dən çox insan həyatını itirib, yüzlərlə insan yaralanıb, minlərlə insan evlərini tərk  etmək məcburiyyətində qalıb. Prezident Mohammad Buxari hücumdan sonra bölgəyə  əlavə qoşun cəlb edərək Zamfara və qonşu əyalətləri uçuşa qadağan zona elan edib, bölgədə mədən çıxarma fəaliyyətini dayandırıb.



Әlaqәli Xәbәrlәr