NATO-ya üzv dövlətlər Şərqi Avropa isitqamətində əlavə hərbi gəmi və təyyarə göndərir

NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.

1767389
NATO-ya üzv dövlətlər Şərqi Avropa isitqamətində əlavə hərbi gəmi və təyyarə göndərir

NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.

NATO-nun verdiyi bəyanatda üzv ölkələrin Şərqi Avropadakı müttəfiqlərinə əlavə döyüş gəmiləri və döyüş təyyarələri göndərəcəkləri və qüvvələrini hazır vəziyyətdə saxlayacaqları bildirilib.

Bəyanatda qeyd olunub ki, NATO-ya üzv dövlətlər Şərqi Avropa isitqamətində əlavə hərbi gəmi və təyyarə göndərir: “Bununla da Rusiyanın Ukrayna ilə sərhəddə hərbi mövcudluğunu artırması fonunda müdafiəni gücləndiririk”.

NATO-nun bəyanatına görə, alyans ölkələrindən Danimarka Baltik dənizinə freqat göndərir və NATO-nun bölgədəki hava patruluna dəstək vermək üçün Litvaya 4 ədəd F-16 təyyarəsi göndərməyə hazırlaşır.

İspaniya Bolqarıstana döyüş təyyarələri göndərməyi, eləcə də NATO-nun dəniz qüvvələrinə qoşulmaq üçün hərbi gəmilər göndərməyi planlaşdırır.

Fransa NATO komandanlığı altında xidmət etmək üçün Rumıniyaya qoşun göndərməyə hazır olduğunu, Hollandiya isə aprel ayından etibarən Bolqarıstanda 2 F-35 döyüş təyyarəsini hava patrulları üçün saxlayacağını bəyan edib. Hollandiya həmçinin NATO Cavab Qüvvələri üçün bir gəmi və quru qoşununu hazır saxlayacaq.

NATO-nun bəyanatında vurğulanıb ki, Amerika Birləşmiş Ştatları da alyansın şərq hissəsində hərbi mövcudluğunu artırmağı planlaşdırdığını açıq şəkildə bəyan edib.

Qeyd edək ki, NATO 2014-cü ildə Ukraynaya məxsus Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqından sonra Estoniya, Latviya, Litva və Polşada 4 çoxmillətli döyüş qrupu ilə şərq cinahda mövcudluğunu artırdı.

Bu qoşunlara İngiltərə, Kanada, Almaniya və ABŞ rəhbərlik edir.

Qoşunlar döyüşə hazır vəziyyətdə saxlanılır.

NATO vurğulayır ki, bu qoşunların mövcudluğu hər hansı müttəfiqə hücumun bütün alyansa hücum kimi qiymətləndiriləcəyini göstərir.

NATO 2014-cü ildən əvvəl alyansın şərq hissəsində heç bir NATO qüvvəsi olmadığını xüsusilə qeyd edir.



Әlaqәli Xәbәrlәr