Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri yığıncağı keçirilir

Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin yığıncağı Belçikanın paytaxtı Brüsseldə keçirilir.

1767357
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri yığıncağı keçirilir

Yığncaqda Rusiyanın Ukraynaya ehtimal hücumu ilə bağlı cərəyan edən proseslər, belə bir cəhdə veriləsi reaksiyalar və danışıqlardakı son vəziyyət müzakirə edilir.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell iclas başlamazdan əvvəl verdiyi açıqlamada müzakirə ediləcək əsas mövzunun Rusiya-Ukrayna gərginliyinin olacağını bildirib. Aİ-nin Rusiyaya qarşı tutacağı mövqeyini müəyyən etmək üçün fəaliyyətini davam etdirəcəyini ifadə edən Josep Borrell, ABŞ dövlət departamentinin rəhbəri Antoni Blinkenin iclasa videokonfrans vasitəsilə qatılaraq, Rusiya ilə aparılan danışıqlar barədə məlumat verəcəyini və Avropa İttifaqı ilə üzv dövlətlərin fikirlərini dinləyəcəyini qeyd edib.

 İclasda müzakirə ediləcək mövzular arasında Suriya məsələsinin də iştirak edəcəyini ifadə edən Borrell: “Suriyada unudulmuş müharibə var və biz də bu barədə düşünməliyik”. Borrell-in sözlərinə görə Aİ xarici işlər nazirləri Liviyada 8 ildən sonra bu gün keçirilməsi planlaşdırılan, lakin növbəti dəfə təxirə salınan seçki mövzusunu, Mali, Sudan və Hind-Sakit okean regionu ilə bağlı vəziyyəti də müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr