Hindistanda 20 mәrtәbәli binada yanğın baş verib ölәnlәr var

Bu barәdә yerli media orqanları mәlumat yayıb.

1766702
Hindistanda 20 mәrtәbәli binada yanğın baş verib ölәnlәr var

Hindistanın Mumbay şəhərində 20 mәrtәbәli yaşayış binasında baş verən yanğın nəticəsində  7 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barәdә yerli media orqanları mәlumat yayıb.

Bildirilib ki, hadisə Mumbayın Tardeo  rayonunda 20 mərtəbəli binanın 18-ci mərtəbəsində baş verib.

Binada yaşayanların 90 faizi öz imkanları vә qonşularının kömәyi  ilә binanı tәrk edib.



Әlaqәli Xәbәrlәr