Görüşdən əvvəl iki həmkar qısa bəyanatla çıxış ediblər

ABŞ-ın dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdən əvvəl iki həmkar qısa bəyanatla çıxış ediblər.

1766441
Görüşdən əvvəl iki həmkar qısa bəyanatla çıxış ediblər

ABŞ-ın dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna böhranını müzakirə edəcəyi görüş İsveçrənin Cenevrə şəhərində keçirilib. 

Görüşdən əvvəl iki həmkar qısa bəyanatla çıxış ediblər.

Blinken görüşün Ukrayna böhranından qaynaqlanan gərginliyin azaldılması və “Rusiyanın Ukraynaya təcavüzünün qarşısının alınması” səylərinin bir hissəsi olduğunu deyib.

Blinken Ukrayna rəsmiləri daxil ABŞ-ın tərəfdaşları və müttəfiqlərilə görüşdən sonra Cenevrəyə gəldiyini bildirib:

"Hamımız fikir ayrılıqlarımızı (problemlərimizi) diplomatiya və dialoq yolu ilə həll etməyə çalışmaqda bərabər səviyyədə qərarlıyıq. Lakin bunun qeyri-mümkün olduğu ortaya çıxacağı və Rusiya Ukraynaya hücum etmək qərarına gələcəyi təqdirdə birgə, sürətli və şiddətli cavab verməyə də qərarlıyıq". 

Görüşü "kritik an" olaraq xarakterizə edən Blinken "Bu gün burada fikir ayrılıqlarımızı həll edəcəyimizi gözləmirik. Amma ümid edirəm və gözləyirəm ki,diplomatiyaya və ya dialoqa gedən yolun açıq qalıb-qalmayacağını sınayacağıq" deyib.

Rusiyanın xarici işlər naziri Lavrov isə təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri müzakirə etmək üçün Cenevrədə görüşmək təklifinə görə Blinkenə təşəkkür edib.

Blinkenin Cenevrədəki görüşdən "dönüş nöqtəsi" gözləmədiyi barədə açıqlamalarını dəyərləndirən Lavrov deyib:

"Biz də bu danışıqların dönüş nöqtəsi olacağını gözləmirik. Sadəcə, tələblərimizə konkret cavablar gözləyirik". 

Lavrov “Tələblərimiz çox konkretdir və biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında təhlükəsizliyin bölünməzliyi ilə bağlı verilən vədlərə uyğun konkret cavablar gözləyirik ki, heç bir ölkə öz təhlükəsizliyini başqa ölkənin təhlükəsizliyi hesabına gücləndirməsin” deyib.



Әlaqәli Xәbәrlәr