Şimali Koreya daha iki balistik raket sınağı keçirib

Yaponiya, Şimali Koreyanın bu gün səhər (17 Yanvar)  daha iki ballistik raket sınağı keçirdiyini  bildirib.

1763600
Şimali Koreya daha iki balistik raket sınağı keçirib

Yaponiyanın müdafiə naziri Kişi Nobuo  bu  barədə    açıqlama  verib.  Bildirib  ki,   Şimali Koreya yerli vaxtla 08:49 və 08:52-də iki ballistik raket atıb. Ən  çox 50 kilometr yüksəklikdə 300 kilometr qət etdiyi  təxmin edilən raketlər dənizə düşüb. Nazir: “Aydındır ki, Şimali Koreya raket texnologiyasını inkişaf etdirməyə çalışır. Son zamanlar silsilə sınaqlar beynəlxalq ictimaiyyət üçün ciddi problem olub”.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu da bildirib ki, sınaqlar  nəticəsində    təxribatın  olub-olmadığına  dair  hələlik  məlumat  yoxdur. Lakin Tokio hökuməti  Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Pxenyana rəsmi reaksiyasını   çatdırıb. Baş  Katib qeyd edilib ki, raketlərin Yaponiyanın milli eksklüziv iqtisadi zonasından kənara düşdüyü  ehtimal  olunur.

Cənubi Koreyanın  Baş Qərargah   Komandirliyindən  yayılan   açıqlamada    isə  qısa mənzilli ballistik raketlərin paytaxt Pxenyanın  yaxınında  yerləşən  Sunan hava limanından atıldığı  bildirilib.  



Әlaqәli Xәbәrlәr