Yaponiya və Fransa nazirləri 2+2 formatında görüşəcək

Bu barədə Kyodo agentliyi məlumat yayıb

1763164
Yaponiya və Fransa nazirləri 2+2 formatında görüşəcək

 

  Yaponiya və Fransanın müdafiə və xarici işlər nazirləri yanvarın ortalarında “2+2” formatında onlayn formada görüşəcəklər. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

  Bildirilir ki, görüş zamanı nazirlər Şərqi Çin və Cənubi Çin dənizlərində vəziyyəti, həmçinin Şimali Koreyanın raket və nüvə proqramlarını müzakirə edəcəklər.

  Bundan əlavə, nazirlər rəsmi Tokio və Paris arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə fikir mübadiləsi aparacaqlar.

  Xatırladaq ki, Yaponiya və Fransa nazirlərinin 2+2 formatında son görüşü 2019-cu ilin yanvarında Parisdə keçirilib.



Әlaqәli Xәbәrlәr