Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzadıb

Bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda  deyilir.

1762372
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2022-ci il iyulun 31-dək uzadıb.

Bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda  deyilir.

Bəyanatda bildirilib ki, sanksiyaların uzadılması ilə bağlı qərar dekabrın 16-da Aİ liderlər sammitindǝ Minsk razılaşmalarının icrasının yekun qiymətləndirilməsi nəticəsində qəbul edilib.

Uzadılmış iqtisadi sanksiyalara əsasən, Aİ-na üzv ölkələr Rusiyaya silah satmır.

Sanksiyalar Rusiyanın neft və qaz sənayesində istifadə olunan bəzi həssas texnologiyaların Aİ-na üzv ölkǝlǝrdǝn alınmasını məhdudlaşdırır. Bundan əlavə, Rusiya dövlət bankları Avropadakı maliyyə sektorundan kənarda qalıb.

Rusiya 2014-cü ilin mart ayında Krım Muxtar Respublikası və Sevastopol şəhərini qeyri-qanuni şǝkildǝ ilhaq etmişdi. Krımın Rusiya tərəfindən ilhaq edilmǝsindǝn və Ukraynanın şərqində yaşanan  hadisələrdən sonra Aİ, ABŞ və bəzi ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlamışdı.



Әlaqәli Xәbәrlәr