NATO: Rusiya Ukrayna ilə bağlı səhv etsə, bunun ciddi nəticəsi olacaq

NATO-nun baş katibi Yens Stoltenberq “Rusiya Ukrayna məsələsində səhv atacağı təqdirdə, bunun nəticəsi ağır olacaq" deyib.

1761651
NATO: Rusiya Ukrayna ilə bağlı səhv etsə, bunun ciddi nəticəsi olacaq

NATO-nun baş katibi Yens Stoltenberq “Rusiya Ukrayna məsələsində səhv atacağı təqdirdə, bunun nəticəsi ağır olacaq" deyib. 
Stoltenberq Rusiyanın Ukrayna sərhəddində hərbi yığınağından sonra yaranan gərgin vəziyyət və Avropanın təhlükəsizliyi kimi məsələləri müzakirə etmək üçün 2019-cu ildən bəri ilk dəfə toplanan NATO-Rusiya Şurasının iclasından sonra açıqlama verib.

NATO baş katibinin açıqlamasında diqqət çəkən məqamlar bunlardır:

- Biz Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Ukraynanın şərqində hərbi mövcudluğunu azaltmağa və gərginliyi azaltmağa çağırırıq.

-Rusiya Ukraynaya hərbi müdaxilə etdi. Ukrayna ərazisini işğal etdi, Krımı güc yolu ilə ilhaq edib bölgədəki separatçılara dəstək verdi. Ona görə də Ukraynanın özünümüdafiə hüququ var. Gərginliyi azaltmalı olan tərəf Rusiyadır.

- Bugünkü görüşün diqqət mərkəzində Ukrayna idi. Ancaq Rusiyanın müxtəlif ölkələrə hərbi müdaxilələri, Avropaya yönəldilmiş hücumları var.

-Rusiya ilə masa arxasında oturub konkret təklifləri müzakirə etməyə hər zaman hazırıq. NATO Rusiya ilə əlaqə saxlayacaq və danışıqları davam etdirəcək, lakin bu, əsas prinsiplərdən imtina demək mənası daşımır.

 



Әlaqәli Xәbәrlәr