Çində koronavirus testinin kollektiv tətbiqinə başlanıb

Çində yeni növ koronavirusun (Covid-19) Omicron variantı aşkarlanan Tianjin şəhərində kollektiv testlərin ikinci raundunun tətbiqinə başlanıldığı bildirilib.

1761324
Çində koronavirus testinin kollektiv tətbiqinə başlanıb

Tiencin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bu barədə məlumat yayıb. Bildirib ki, şəhərdə testlərin birinci mərhələsi tamamlandıqdan sonra, bu gün testlərin ikinci mərhələsinə keçilib. 14 milyon əhalisi olan şəhərdə indiyədək 12 milyon test aparılıb və bunlardan 7,8 milyonunun nəticəsi müəyyənləşib. Qeyd olunub ki, 2022-ci il Qış Olimpiya Oyunlarına (4-20 fevral) ev sahibliyi etməyə hazırlaşan paytaxt Pekindən təqribən 100 kilometr aralıda yerləşən şəhərdə sutka ərzində daha 33 yoluxma halı aşkarlanıb ki bunların hamısı Omicron variantıdır.



Әlaqәli Xәbәrlәr