Meksika Prezidenti ikinci dəfə koronavirusa yoluxub

Meksika Prezidenti Andres Manuel Lopez Obradorun koronavirus testi müsbət çıxıb və o, özünü təcrid edib.

1760337
Meksika Prezidenti ikinci dəfə koronavirusa yoluxub

Meksika Prezidenti Andres Manuel Lopez Obradorun koronavirus testi müsbət çıxıb və o, özünü təcrid edib.

Bu barədəL. Obrador özünün tviter səhifəsində yazıb.

“Sizə bildirirəm ki, mən Covid-19-a yoluxmuşam və əlamətlər yüngül olsa da, təcrid olunmuş vəziyyətdə qalacam, ofis işləri ilə məşğul olacaq və virtual ünsiyyət quracam”, - dövlət başçısı bildirib.

Prezident həmçinin yazıb ki, xəstəliyi zamanı onu daxili işlər naziri Adan Aqusto Lopez Hernandez əvəz edəcək.

Xatırladaq ki, o, bir il əvvəl də koronavirus xəstəsi idi - Lopez Obrador 24 yanvar 2021-ci ildə koronavirusa yoluxduğunu elan etmişdi. 



Әlaqәli Xәbәrlәr