Koreya Xalq Demokratik Respublikasına (KXDR) sərt xəbərdarlıq

ABŞ ilə yanaşı 6 ölkə Şimali Koreyanı nüvə proqramına və ballistik raket sınaqlarına son qoymağa çağırıb.

1760444
Koreya Xalq Demokratik Respublikasına (KXDR) sərt xəbərdarlıq

ABŞ, İngiltərə, Fransa, İrlandiya, Albaniya və Yaponiya Şimali Koreyanın son raket sınağını müzakirə edəcək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) keçirilməsi planlaşdırılan iclası əvvəlində birgə bəyanatla çıxış ediblər. ABŞ-ın BMT nəzdindəki daimi nümayəndəsi Linda Tomas Qrinfild 6 ölkə adından verdiyi açıqlamada KXDR-nin yanvarın 5-də keçirdiyi ballistik raket sınağını pislədiklərini və raket sınağının BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq şəkildə pozduğunu bildirib. Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raket proqramlarını gündəmdən çıxarmamasının beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyinə diqqət çəkən Tomas Qrinfild Pxenyanı nüvə proqramına və ballistik raket sınaqlarına son qoymağa çağırıb. Şimali Koreyanın xalqının rifahını heçə sayaraq hərbi sahədə kapital qoymaqda davam etdiyini ifadə edən Tomas Qrinfild ölkə xarqının sərt avtoritar rejim altında hər keçən gün daha da pisləşən humanitar böhranla üz-üzə gəldiyini vurğulayıb və rəhbərliyi sabitliyi pozan hərəkətlərdən imtina eməyə, Koreya yarımadasının nüvə silahlardan təmizlənməsi üçün dialoqa dəvət edib.

Xatırladaq ki, Oktyabr ayında son sınağını edən Şimali Koreya yanvarın 5-də sınaqdan keçirdiyi raketin sualtı qayıqdan atılan yeni tip ballistik raket olduğunu irəli sürüb.



Әlaqәli Xәbәrlәr