Cənubi Koreyada hәrbi təyyarə qəzaya uğrayıb

Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinə məxsus “F-5E” qırıcı təyyarəsi qəzaya uğrayıb.

1760707
Cənubi Koreyada hәrbi təyyarə qəzaya uğrayıb

TRT-nin Yonhap agentliyinə istinad etdiyi xәbәrә  görә  təyyarə Suvon şəhəri yaxınlığındakı hərbi bazadan yerli vaxtla saat 13:44-də səmaya qalxdıqdan 2 dəqiqə sonra dağa çırpılıb. Hadisənin baş verdiyi yer paytaxt Seuldan 40 kilometr məsafədə yerləşir.

Hərbi Hava Qüvvələrinin hadisə ilə bağı yaydığı məlumatda bildirilir ki, təyyarə səmaya qalxdıqdan sonra mühərrikdə yanğının baş verməsi barədə xəbərdarlıq işığı yanıb, ardınca qəza baş verib. Pilotun katapult etmək cəhdi uğursuz olub.

Hadisə yerində aparılan axtarış işləri nəticəsində pilotun meyiti tapılıb.

Qeyd edək ki, Cənubi Koreya ordusunun pilotları 1970-ci illərdən bəri təxminən 200 ədəd “F-5” təyyarəsi idarə edib. ABŞ istehsalı olan həmin təyyarələrin bir çoxunun istismar müddəti başa çatıb. Az sayda təyyarənin isə yaxın vaxtda silahlanmadan çıxarılması nəzərdə tutulur. Bu tipli təyyarənin qəzaya uğradığı sonuncu hadisə 2013-cü ildə təlim zamanı baş verib.

 



Әlaqәli Xәbәrlәr